SİZİN REKLAM BURADA!
055 213 76 73



4.7 milyardlıq mənimsəmə ittihamı ilə bağlı “Beynəlxalq bank” işi üzrə təqsirləndirilən “şirkət rəhbərləri” götürülən kreditlərdən xəbərsiz olduqlarını bildiriblər


“Dünyamin Xəlilov məni “Betaline” şirkətinə direktor təyin etdi. Rəhbəri olduğum dövrdə mühafizəçi kimi çalışırdım. Maaşım 450 manat idi, direktor olduğum üçün əlavə 100 manat da alırdım”.

BAKU.WS Bizimyol.info-ya istinadən xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində “Beynəlxalq bank işi” üzrə təqsirləndirilən Ramis Kərimov deyib.

Cinayət işi hakim Faiq Qəniyevin sədrlik etydiyi kollegiya tərəfindən araşdırılır.

Prosesdə R.Kətrimov deyib ki, əvvəllər Daxili İşlər Nazirliyi sistemində çalışıb və polis mayoru rütbəsi daşıyıb. 2005-ci ildən isə D.Xəlilovun “General Construction” şirkətində mühafizəçi kimi işləyib, daha sonra şirkət rəhbəeri təyin edilib. Onun adına Beynəlxalq bankdan 39 milyon 180 min manat kredit götürülüb: “Şirkət rəhbəri kimi çalışdığım dövrdə bir neçə dəfə kredit müqavilələrinə qol çəkmişəm. Dünyamin müəllimin işçisi sənədləri gətirirdi, mən də baxmamış qol çəkirdim. Bir neçə dəfə də Beynəlxalq Bankın mərkəzi filialına gedib sənədlərə qol çəkmişəm. İstintaq dövründə bilmişəm ki, bir neçə təşkilatın rəhbər şəxsi adından sənədlər imzalamışam”.

O suaıııara cavab olaraq adına götürülən kreditləri qaytarmaq imkanı olmadıöını bildirib və deyib ki, pulları kimin qaytarmağını məhkəmə aydınlaşdırmalıdır.

Digər təqsirləndirilən Fariz Muradov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb, sonradan D.Xəlilov onu Şüşə Zavoduna direktor təyin edib: “Cahangir Hacıyevlə zavodun fəaliyyəti ilə bağlı görüşmüşəm. O, rəhbər şəxs kimi zavodun işi ilə maraqlanırdı”.

F.Muradovun barəsində şişirdilmə ilə bağlı 1 milyon 193 min manatlıq ittiham verilib.

O, həmin ittihamları qəbul etmədiyini, günahsız olduğunu deyib.

Təqsirləndirilən Svetlana Əsədullayeva ixtisasca mühəndis olduğunu, D.Xəlilovun “General Construction” şirkətində onun köməkçisi işlədiyini bildirib: “Onun otağına çay aparıb gətirirdim”.

Daha sonra D.Xəlilov onu “Deltaline” şirkətinə direktor təyin edib və adına Beynəlxalq Bankdan 5 milyon 308 min manat kredit ayrılıb.mQadın isə sadəcə sənədlərə qol çəkdiyini söyləyib. Prosesdə fasilə elan olunub.

Xatırladaq ki, bu cinatyət işi üzrə “Beynəlxalq Bank”ın idarə heyətinin sabiq sədri Cahangir Hacıyevlə birlikdə onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov da ittiham edilir.

Onlara qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb. Dəymiş ümumi ziyan 4.7 milyard hesablanıb.

İş üzrə zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” tanınıb. Mülki iddiaçı “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı 3 milyard 700 min manatdan artıq, Vergilər Nazirliyi isə 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdırıb.

C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini, mülki iddiaları da qəbul etmədiklərini deyiblər.

Qeyd edək ki, C.Hacıyev və təqsirləndirilənlərdən 3 nəfər hazırda həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Təqsirləndirilən Tərlan Məhərrəmov D.Xəlilovun “General Construction” şirkətində baş mühasib vəzifəsində çalışdığını, daha sonra “City Develepol” şirkətində rəhbər kimi işlədiyimi bildirib. O bildirib ki, bir rəhbər şəxs kimi heç bir qərar vermək ixtiyarı olmayıb, sadəcə sənədləri gətiririblər, o isə qol çəkib. O deyib ki, Beynəlxaq Bankdan veksellərin alqı-satqısı ilə məşğul olub. Məhkəmədə elan olunub ki, vekseller Beynəlxaq Bankdan 10 milyon manata alınıb.

Təqsirləndirilən C.Hacıyev arayış verərək söyləyib ki, vekselləri “City Develepol” şirkəti buraxıb, Beynəlxalq Bank isə maliyyələşdirib. Məhkəmədə elan olunub ki, 2005-ci ilin əvvəlində bankla şirkət arasında müqavilə bağlanılıb, həmin ilin avqust ayında isə vekseller buraxılıb. T.Məhərrəmov bir daha bildirib ki, şirkətdə heç bir səlahiyyəti olmayıb. Daha sonra C.Hacıyevin bacanağı İsmayıl Hidayət-zadə dindirilib. O bildirib ki, bina tikintisi ilə bağlı şirkət təsis edib, həmin şirkətin direktoru isə başqa şəxs – Natiq İmanov olub: “Şirkəti Dünyamin Xəlilovla Natiq idarə edirdi. Mənim bankdan götürülən kreditlə bağlı məlumatım olmayıb”. Suallara cavab verən N.İmanov deyib ki, şirkətdə rəhbər olan zaman göstərişləri D.Xəlilovdan alıb: “Məni natarusa çağırırdılar, gedib sənədlərə imza atırdım”.

BAKU.WS