SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabad rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.

BAKU.WS
  report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.

Belə ki, "Ford" markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb.

Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.

Yaralılar:

1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,
1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,
1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı.

Yaralılar Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi xəstəxanalarına çatdırılıblar. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS