SİZİN REKLAM BURADA!
055 213 76 73



Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS  report-a istinadən Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıqayıb kəndinin ərazisində baş verib.

Belə ki, rayonun Ərməkiqışlaq kənd sakini, Ceyhun Nadirovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, rayonun Ələmmədoba kənd sakini Nemət İsayevin idarə etdiyi "VAZ-21012" markalı avtomobil toqquşub.

Nəticədə C.Nadirov hadisə zamanı özündən gedərək huşunu itirib. Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər xəsarət alıblar. Yaralılar Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, yaralılar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS