SİZİN REKLAM BURADA!
055 213 76 73



Axşam saatlarında Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Göyəm kəndi ərazisində "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində rayonun 1990-cı il təvəllüdlü Bəhmətli kənd sakini Qədimov Elgün Nazim oğlu və 1986-cı il təvəllüdlü Zaqatala şəhər sakini Dadaşov Bəxşiş Bayram oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan "Report"a verilən məlumata görə, yaralılardan E.Qədimov həkimlərin səylərinə baxmayaraq, gecə saatlarında xəstəxanada keçinib. B.Dadaşovun isə vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS