SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.

Verilən məlumata görə, ağır yükü olan avtomobil sürətlə hərəkət edərkən qəzaya uğrayıb və aşıb.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə bildirilib ki, yol qəzası Binəqədi-Balaxanı yolunda qeydə alınıb.

Hadisə zamanı maşının sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS