SİZİN REKLAM BURADA!
055 213 76 73




Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS
  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Toyota Prado” ilə “VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.

Məlumata görə X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS