SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın Savalan yaşayış massivində 28 yaşlı Elnarə Zeynalovaya səhər tezdən it hücum edib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, o, avtobus daynacağına gedərkən it onun ayağını dişləyib. Bu zaman Elnarə Zeynalova huşunu itirib.

Elnarənin köməyinə qonşusu Fikrət Quliyev gəlib.

Xəstəxanada ona lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə iynə vurulub.

Elnarə Zeynalova deyir ki, müalicə davam edir, hələ ona 7 dənə də iynə vurulacaq.

Şikayətçi iddia edir ki, həmin it qəsəbədə işləyən bərbərindir. Məsələ ilə bağlı bərbərin çalışdığı yerə getdik. Sözügedən şəxs yerində olmadığından telefonla əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab vermədi.

Sabunçu rayonu Maştağa bələdiyyəsindən isə bildirdilər ki, Savalan massivindəki sahibsiz itlərin küçələrdən yığışdırılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin Sanitarirya və Texniki Təmizlik İdarəsinə müraciət olunub.

BAKU.WS