SİZİN REKLAM BURADA!
055 213 76 73



Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə A.Şərifzadə küçəsindəki kompyuter oyunları zallarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, məlumatla bağlı araşdırmalar aparılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, fevralın 9-da günorta saatlarında həmin oyun zalına gəlmiş 2 gənc oyun kabinetlərindən birini rezerv ediblər.

Bir neçə saat oyun oynayan gənclər müxtəlif yeməklər və enerji içkiləri də sifariş veriblər.

Saat 17 radələrində oradakı 750 manat dəyərində “playstation” aparatını və 120 manat dəyərində orijinal oyun diskini geyimlərinin içində gizlətməklə oğurlayaraq zaldan qaçıblar.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakini Nahid Mənsimov və Biləsuvar rayon sakini Tural Quluzadə olduqları müəyyən edilib.

Oğurlanmış “playstation” aparatı və disk maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi balanılıb. İstintaq aparılır.

BAKU.WS