VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat verib. Verilən məlumata görə, yol qəzası Bakı-Salyan yolunda qeydə alınıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə bildirilib ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın dərəyə yuvarlanıb. Hadisə yerinə həkim briqadaları göndərilib. Qəza zamanı yaralıların olduğu bildirilib. Hadisə barədə isə dəqiq məlumat həkimlər stansiyaya çatandan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS