SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tovuz rayon sakini fişəng atmaq istəyərkən xəsarət alıb.
 
BAKU.WS APA-nın qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
 
Kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.
 
Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.
 
Faktla bağlı araşdırma aparılır.

BAKU.WS