SİZİN REKLAM BURADA!
055 213 76 73



Fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla qəsəbə sakini N.Şahverdiyevanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Niva” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS