VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sərnişindaşıma fəaliyyətilə məşğul olan fiziki və hüquqi şəxslərin məsuliyyətlərinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Nəqliyyat Nazirliyi tədbirlər həyata keçirir.

 

BAKU.WS-in məlumatına görə, DANX-nin Bakı Regional şöbəsinin və "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC-nin əməkdaşlarından ibarət operativ qruplar şəhərin müxtəlif ərazilərində ictimai nəqliyyat vasitələrində təhlükəsizliyin təmin edilməsinə yönəldilmiş reydlər keçirilir.

Bu gündən etibarən sərnişindaşımada yol verilən qayda pozuntularına qarşı aparılan mütəmadi reydlərə başlanılıb. Paytaxt ərazisində marşrut avtobusu sürücüləri haqqındakı çoxsaylı şikayətləri nəzərə alaraq avtobus sürücülərinin yol verdikləri qayda pozuntularına qarşı daha sərt cəza tədbirləri tətbiq ediləcəkdi.
Dayanacaqdan kənarda marşrut avtobusunu saxlayıb sərnişin götürən və ya sərnişinin dayanacaqdan kənardan avtobusdan enməsi üçün şərait yaradan avtobus sürücüsü ciddi şəkildə cəzalandırılacaq. Bu məqsədlə dayanacaqlarda və paytaxt yollarında avtobus sürücülərinə nəzarət daha da gücləndiriləcək.

Nəqliyyat Nazirliyi "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC vətəndaşlara müraciət edərək bildirir ki, sərnişin nəqliyyatının işinə mane olan amillərə: avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ faktorlara biganə qalmaycaq. Belə hallarla rastlaşdıqda, dərhal "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qaynar xətti olan (012) 561-76-28/29 nömrələrinə , ən yaxın dayanacaqdakı dispetçerə və ya NİİM-in 141 Qaynar Xəttinə zəng etmələri xahiş olunur.

"Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC marşrut avtobuslarından istifadə edən sərnişinlərə müraciət edərək yalnız dayanacaqda avtobusu gözləməyi və dayanacaqdan kənar yerlərdə avtobusu saxlamağı sürücüdən tələb etməməyi xahiş edir.

Çünki, sərnişindaşımada olan problemlərinin həllində və nəqliyyat sistemində xidmətin daha da təkmilləşdirilməsi və bu sahədə nöqsanları aradan qaldırmaq üçün tərəfimizdən aparılan inzibati metodlarla bərabər, ictimaiyyətin vətəndaşlıq mövqeyinə, bu sahədə dəstəyinə ehtiyac var.
Xüsusilə, avtobus marşrut xətlərində sərnişindaşıma və hərəkətin təhlükəsizliyilə bağlı aşkar edilən nöqsan və çatışmazlığın aradan qaldırılması üçün ictimayyətin dəstəyi çox önəmlidir.

 

Ziya Səccad
BAKU.WS