Rusiyada xəstəxanaların birində əməliyyat edilən qadın anestezioloq tərəfindən zorlanıb.


BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Samara şəhərində qeydə alınıb.

Belə ki, xəstəxananın həkim-anestezioloqu 60 yaşlı Yuriy Çernikov xəstə, 32 yaşlı qadına təcavüz edib.


Qadına narkoz veriləndən sonra, xəstə huşunu itirib. Onu plastik əməliyyat ediblər. Əməliyyat uğurla həyata keçirilib. Əməliyyatdan sonra qadın palataya yerləşdirilib.


Daha sonra həkim Yuriy Çernikov qadının palatasına daxil olub və ona təcavüz edib.

Qeyd edək ki, xəstənin şikayətindən sonra həkim polisə ifadə verib. O, bildirib ki, nümunəvi ailə başçısıdır və 2 övladı var. Heç vaxt qadınlara qarşı zorakılıq etməyib. Həkim ifadəsində xəstəsi ilə cinsi əlaqədə olduğunu inkar etməyib.


“Bəli,. Biz münasibətdə olmuşuq. Lakin cinsi əlaqə razılıq əsasında baş verib. Mən onu zorlamamışam”, - deyə Yuriy Çernikov bildirib.

Cavid Babayev
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ