VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Hazırda Dubayın mərkəzinda otel yanır. 

BAKU.WS-in məlumatına görə, Address Downtown otelinin yanma səbəbi hələlik məlum deyil. Oteldə 10-dək azərbaycanlının olduğu bildirilir. Həmin azərbaycanlıların yaxınları oteldəki doğmalarına zəng etsələr də əlaqə yarada bilmirlər. 

Otelin yerləşdiyi küçə Dubayın mərkəzi hissəsidir. Bu rayon Yeni ildə dünyanın dörd bir yanından gələn turistlərlə dolu olur. İnsanlar dünyanın ən möhtəşəm atəşfəşanlığına baxmaq üçün bura toplaşırlar. 
Yayılmış fotolardan aydın görünür ki, alov binanın çox hissəsini əhatə edib. 

Azad Əliyev
BAKU.WS