VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəbər verdiyimiz kimi Hacıqabulda ər və arvad özünü asaraq intihar edib.

Orman.Az xəbər verir ki, intihar edən şəxslərin yaxını hadisə barədə danışıb.

Qeyd edək ki, Sahib Rəsulovla Əfsanə Mayılova kənddə ev tutaraq vətəndaş nikahında yarayırmış. 15 ildir, birlikdə olmalarına baxmayaraq cütlük övlad sahibi ola bilməyib. Bu səbəbdən ər-arvad fevral ayının 14-də ayrılmaq qərarına gəlib.

S. Rəsulov xanımı ilə qaldığı evi tərk edərək valideynlərinin evinə gedib. Növbəti gün isə özünü həyətdəki nar ağacından asıb. Bunu eşidən Ə. Mayılova da həyətlərindəki yarımtikilidə eyni üsulla intihar edib.

BAKU.WS