VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Cəlilabad rayon Muğan kənd orta məktəbi qəzalı vəziyyətdədir.

BAKU.WS
  bizimyol.info-ya istinadən xəbər verir ki, məktəbin 1930-cu ildə və 1974-cü ildə tikilən iki binası uçmaq təhlükəsi ilə üz-üzədir.

Məktəbin ikinci mərtəbəsində döşəmə uçduğu üçün şagirdlər birinci mərtəbələrə köçürülüb.


Məktəbdə 450 şagird təhsil alır. Burda həmçinin Söyüdlü kəndinin şagirdləri də təhsil alır. Tədrisi isə 30 müəllim həyata keçirir. Hər iki bina qəzalı vəziyyətdədir.

Məktəbin 22 otaqdan ibarət olan siniflərində dərs keçmək artıq mümkün deyil. Axırıncı dəfə məktəbin nə vaxt təmir oldunğunu heç kim bilmir.


Müəllimlər və valideynlər Təhsil Nazirliyindən kömək istəyir.

Məktəbdə həmçinin istilik sistemi də yoxdur, sinif otaqları odun sobaları ilə qızdırılır.

BAKU.WS