SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda ailəsini dolandırmaqda çətinlik çəkən bir uşaq atası böyrəyini satmaq qərarına gəlib.

BAKU.WS
 xəbər verir ki, 28 yaşlı Hafiz Şahbazov bu barədə reklam elanları səhifəsində yazıb. İlkin olaraq 300 manat borc istəyən Hafiz, o pulu böyrəyini satıb geri qaytaracağını vəd verib.

H. Şahbazov BAKU.WS-ə açıqlamasında bu fikrə düşməsini kasıbçılığı ilə əsaslandırdı:

"Ailəmi dolandırmaqda çətinlik çəkirəm. 1 yaşlı qızımın ehtiyaclarını ödəyə bilmirəm. Yeməyini, uşaq bezini ala bilmirəm. Böyrəyimi satmaqda əsas səbəb borclarımdır. Ehtiyac içində olan zaman dost-tanışdan xırda-xırda aldığım borclar üst-üstə yığılıb 4-5 min manata çatıb. İndi borc yiyələri pullarını geri istəyirlər. Çarəsiz, çıxılmaz vəziyyətdəyəm. Oturub fikirləşdim ki, ən yaxşısı böyrəyimi satım. Həm borclarımı qaytararam, həm də özümə balaca iş quraram.

Yoxsa, fəhləliklə qazandığım 200-300 manatla ailə saxlamaq mümkün deyil. Fəhləlik etmək üçün rayondan Bakıya gəlib kirayə qalıram. Aldığım pulu bilmirəm kirayəni ödəyim, yoxsa evə göndərim. Fəhləlikdən qazandığım pul kirayə ilə yol puluna ancaq çatır. Artıq evdəkilərdən də utanıram".

Qeyd edək ki, Hafiz Şahbazovun böyrəyini satması ilə bağlı ilk xəbəri unikal.org yazıb.

Zülfiyyə Qurbanova
BAKU.WS