VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Moskva polisi paytaxtın cənub-şərqində kütləvi dava ilə bağlı araşdırmalara başlayıb. 

BAKU.WS xəbər verir ki, Kuryanov mikrorayonu ərazisində yerləşən "Neolit" kafesinə hücum edən 100-ə yaxın şəxsdən artıq 20-si saxlanılıb. İnsident zamanı ən azı bir nəfər öldürülüb.

Dava baş verən ərazidə güllə gilizləri tapılıb. Bu informasiyanı ətrafda yaşayan qonşular təsdiq edib.

Hadisə şahidi Andrey Andreyev bildirib ki, atışma səsləri eşidilirdi: "Evin arxasında güllələnmə oldu. Sonra 30-dan çox insan ərazidən qaçmağa başladı. Deyəsən avtomatla güllələyirdilər".

Atışmadan sonra polis gücləndirilmiş iş rejiminə keçib. Kuryanov mikrorayonunda giriş və çıxış nəzarətdə saxlanılır.

Qeyd edək ki, ötən gün Alixan adlı şəxsin azərbaycanlılar tərəfindən döyülərək cəzalandırdığını əks etdirən görüntülər yayılıb. Bu hadisədən sonra çeçenlər Alixanı döyən azərbaycanlıların axtarışına başlayıb.

Abbas
BAKU.WS