SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakının Nəsimi rayonu ərazisində baş verən ağır yol qəzasından öncəki görüntü kameraya düşüb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınan qəzadan öncə “Toyota” markalı avtomobil yüksək sürətlə hərəkət edir.

İlk qəzanın videosuna buradan baxa bilərsiniz. 

Yolda sürətlə manevr edən “Toyota”nın görüntüsü başqa bir maşının videoregistratorundan qeydə alınıb. Avtomobil "BakuBus" avtobusu ilə toqquşub. Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtobusda olan sərnişinlərə isə heç nə olmayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, minik maşını yüksək sürətlə hərəkət edərək "BakuBus" avtobusuna çırpılıb.

Abbas
BAKU.WS