SİZİN REKLAM BURADA!
055 213 76 73




Dünən Balakən rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BAKU.WS
  report-a istinadən xəbər verir ki, Qasbinə kəndi ərazisində - Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan "Toyota RAV4” markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Alqayev Samir Nurəddin oğlu Zaqataladan işdən gəlirmiş.

Belə ki, Zaqatala Su-Kanal idarəsində çalışan Samir Beşbulaq adlanan ərazidəki döngədə sürət həddini düzgün seçmədiyindən avtomobili yük maşınına çırpıb. O, hadisə yerindəcə keçinib. S.Alqayevin 2 azyaşlı övladı qalıb.

Qeyd edək ki, qəza nəticəsində xəsarət alan B.Samin Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ambulator müalicəyə yazılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS