SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Lənkəranda 31 yaşlı qadın polisə şikayət edərək ərinin yoxa çıxdığını bildirib.


BAKU.WS xəbər verir ki, Lənkəran şəhər sakini 1988-ci il təvəllüdlü Ramilə Əsgərova polisə müraciət edib. O, bildirib ki, həyat yoldaşı, 1976-cı il təvəllüdlü Fəxrəddin Yusifli Bakıya işləmək adı ilə gedib.

O, fevralın 1-də evdən çıxıb və paytaxta yollanıb. Həmin gündən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Fəxrəddin Yusiflinin axtarışı ilə bağlı polis axtarışlara başlayıb.

Ziya SƏCCAD
BAKU.WS