055 213 76 73
Ötən gün Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib.
BAKU.WS xəbər verir ki, hadisə fevralın 13-də gecə saat 01 radələrində “Cənub Kafe” adlı kafeda baş verib.
Həmin kafedə 1988-ci il təvəllüdlü Mübariz Məmmədov naməlum şəxslə mübahisə edib. Mübahisə nəticəsində həmin şəxs onun baş və qarnına 2 bıçaq zərbəsi vurub.
Hadisə nəticəsində Mübariz Məmmədov ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində 126.1-ci maddəsilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.
Ziya SƏCCAD
BAKU.WS