SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, qatarda basabas olarkən orta yaşlı kişinin halı pisləşib. Sərnişinlər bu barədə dərhal maşınistə məlumat veriblər.

Qatar “Gənclik” stansiyasına çatan kimi kişi qatardan çıxarılıb. Ona ilkin köməklik edilib.

Hadisə ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, hadisə səhər saat 7-də baş verib.

“Halı pisləşən şəxs üçün təcili yardım çağırılır”, - deyə qurum rəsmisi bildirib.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə bildirilib ki, halı pisləşən şəxs 1976-cı il təvəllüdlü Əmrulla Zeynalovdur. Ona təcili yardım həkimləri ilkin yardım göstəriblər. Kişi xəstəxanaya yerləşdirilib.

Ziya SƏCCAD
BAKU.WS