SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecə Siyəzən rayonunda intihar hadisəsi baş verib.


Bu barədə rayon prokurorluğundan BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, bu gecə 1 radələrində rayonun Məşrif kənd sakini 1979-cu il təvəllüdlü Məkan Valeh oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini həyat yoldaşı aşkarlayıb.

Daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Qeyd edək ki, M.Əliyev evlidir, 2 uşaq atasıdır. Onun həyat yoldaşı məktəbdə müəllim işləyir.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsiylə cinayət işi başalayıb. İstintaq aparılır.

Ziya SƏCCAD
BAKU.WS