VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şamaxıda ötən gün zəlzələ olub.

Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yerli vaxtla 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Təkanlar ətraf kənd və rayonlarda hiss olunub. Təşvişə düşən sakinlər evlərini tərk edib. Rayon icra başçısı Tahir Məmmədov sakinlərlə söhbətləşib və mümkün qədər gecəni binalarda keçirməməyi məsləhət görüb.

FHN-dən isə bildirilib ki, təkanlardan sonra hər hansı dağıntı baş verməyib. 

Abbas
BAKU.WS