Bakıda banka saxta əskinas vermək istəyən qadınlar tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 30-da Nəsimi rayonu ərazisindəki "Unibank”ın Əcəmi filialında, kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əskinas vermək istəyən Bakı şəhər sakinləri Ofeliya Haqverdiyeva və Mətanət Novruzovatutulublar. 

Qadınlar Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu PB-yə təhvil veriliblər.  
 
BAKU.WS