SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə Masallı rayon icra başçısının köməkçisi Elşən Sadıqovun intihar etməsi xəbəri yayılıb.


BAKU.WS
-in məlumatına görə, onun dünyasını dəyişdiyi yazılıb. Bildirilir ki, o, özünü öldürüb.

Məsələ ilə əlaqədar Masallı rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, həqiqətən də Elşən Sadıqov vəfat edib.

"E.Sadıqov dekabrın 28-dən 29-na keçən gecə yaşadığı mənzildə vəfat edib. Bu barədə məlumat almışıq. Mərhumun atası bildirib ki, Elşən Sadıqov ürək tutmasından dünyasını dəyişib", - deyə qurumdan bildirilib.

Lakin onun intihar etməsi ilə əlaqədar məlumatın həqiqətə uyğun olmadığı vurğulanıb.

Ziya Babayev
BAKU.WS