055 213 76 73
Cəlilabad rayonunun Üçtəpə kəndində döyülmə hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, həmin kənddən olan 1983-cü il təvəllüdlü Abbasov Sakit Əlisalam oğlu və onun qardaşı 1985-ci il təvəllüdlü Abbasov Xalid Əlisalam oğlu mübahisə zəminində bir neçə şəxs tərəfindən döyülüb.
Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib. İlkin məlumata görə, qardaşları tanıdıqları şəxslər döyüb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS