SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda “Washington Post” qəzetinin müxbiri Camal Haşoqqinin qətli ilə bağlı araşdırmaların nəticəsi məlum olub.

BAKU.WS “Wall Street” jurnalına istinadən xəbər verir ki, qətli sifariş verməkdə günahlandırılan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın günahsız olduğu məlum olub.

Araşdırmalar zamanı vəlihədin müşaviri Səud Kahtani ilə birlikdə qətl barədə danışmadığı bilinib. Belə ki, onların “WhatsApp” danışığı izlənilib. Qətl baş verdiyi gün Salmanın Kahtaniyə “WhatsApp” vasitəsilə mesajlar göndərdiyi deyilirdi.


Sonradan aparılan araşdırmalarda həqiqətən də onlar arasında qətl baş verən ərəfədə mesajlaşdığı məlum olmuşdu. Lakin ittihamlara cavab verən tərəf mesajların pozulduğunu və istintaqa onları təqdim edə bilməyəcəkləri deyilirdi.

Sonradan aparılan araşdırmalar və xüsusi proqram vasitəsilə silinən mesajları tapmaq mümkün olub. Məlum olub ki, onlar Camal Haşoqqinin qətlinə səbəb olacaq danışıqlar etməyiblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ Camal Haşoqqinin qətlinin məhz Səudiyyə Ərəbistanının vəlihədi Məhəmməd bin Salman tərəfindən verildiyini iddia edirdi. Salman qətli müşaviri Səud Kahtani vasitəsilə sifariş verdiyi deyilirdi.

“Washington Post” qəzeti də öz növbəsində yazırdı ki, sui-qəsd göstərişi şəxsən şahzadə tərəfindən verilib. Qəzet ABŞ-ın gizli cəsuslarının dinlədiyi səs yazılarını əldə edib.

Bildirilir ki, səs yazısında Məhəmməd bin Salmanın Haşoqqiyə Səudiyyə Ərəbistanına qaytımasını təklif edib. Lakin bu təklif rədd edilib. Daha sonra sonunu danışıqda şahzadə Haşoqqiyə sənədlərini almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getməsini təklif edib.

Şahzadə bildirib ki, bu Haşoqqi üçün təhlükəsiz olacaq.

Qeyd edək ki, Camal Haşoqqinin oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb.

Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü yazırlar. Bildirilir ki, onu diri-diri doğrayıblar. İlk öncə onun barmaqlarını kəsiblər.


Xatırladaq ki, “Haber7” saytı yazıb ki, Haşoqqini öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli avtomobil qəzasında ölüb. Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub.

Bildirilib ki, 31 yaşlı pilot jurnalistin qətli ilə bağlı sirləri də özü ilə aparıb. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani “Vindham qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21:46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb.

Səudiyyəli vəkil Haşoqqi cinayətində şübhəli bilinən 11 nəfərdən 5-i üçün edam cəzası istəyib.



Vəkil cinayətlə bağlı şok məqamları açıqlayıb. O, bildirib ki, Camal Haşoqqini məhz bu 5 nəfər qətlə yetirib. Digər 6 nəfər isə qətlin reallaşmasında yardım ediblər.

“Camal Haşoqqiyə öldürücü dozada dərman verilib. Daha sonra onu boğublar. Cəsədi parçalara ayırıblar. Jurnalistin cəsədinin hissələri konsulluqdan çıxarılıb. Bu vəhşiliyi isə 11 nəfərdən ibarət qrup həyata keçirib. Haşoqqiyə ölümqabağı əzab verənlər isə məhz 5 nəfər olub”, - deyə vəkil bildirib.


Vəkil onu da xatırladıb ki, Səudiyyə Ərəbistanı hökuməti Camal Haşoqqinin tutularaq ölkəyə aparılmasını tələb edirdi. Konsulluqda isə buna nail olmadıqda onu öldürmək qərarına gəliblər.

Ziya SƏCCAD
BAKU.WS