SİZİN REKLAM BURADA!
055 213 76 73




Gürcüstanın Krtsanisi hərbi təlim mərkəzində insident baş verib.

BAKU.WS
  report-a istinadən xəbər verirki, insident zamanı çağırışçılardan 20 yaşlı Elcan Əfəndiyev huşunu itirib.

Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, mərkəzdə mübahisə yaranıb və emosional fonda çağırışçılardan biri özünü pis hiss edib və o, xəstəxanaya çatdırılıb. Qeyd olunub ki, çağırışçı travma almayıb və yaxın vaxtlarda tibb müəssisəsindən buraxılacaq.

E.Əfəndiyevin yerləşdirildiyi Rustavi Şəhər Xəstəxanasından isə bildirilib ki, çağırışçı müalicəsini hərbi hospitalda davam etdirəcək.

Tibb müəssisəsindən qeyd olunub ki, pasiyent klinikaya saat 14:10-da daxil olub və onun üzərində heç bir xəsarət qeydə alınmayıb. Kompüter tomoqrafiyası da pasiyentdə hər hansı bir zədənin olduğunu müəyyən etməyib.

Yayılan digər məlumatlara əsasən, E.Əfəndiyev serjantı tərəfindən ağır formada döyülüb.

BAKU.WS