SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ər-arvadı öldürən şəxs polisə təslim olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 5-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan İ.Məmmədovun evinə gəlmiş Beyləqan rayon sakini V.Behbudov münaqişə zəminində ev sahibini bıçaqla, onun arvadı Sevinci isə boğaraq qətlə yetirib.

O, könüllü olaraq Nərimanov RPİ 18-ci PŞ-yə gələrək istintaqa təslim olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS