Nizami Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Fikrət Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə F.Piriyevin vəkili Əli Hüseynov məlumat verib.
İttihama görə, ötən ilin fevralın 3-də Nizami rayonu, Qara Qarayev prospektində, Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı, polis serjantı Piriyev Fikrət Arif oğlu ona təhkim olunmuş “Fiat-Doblo” markalı, 90-AP-164 nömrəli avtomobillə Nizami rayonu Qara Qarayev prospekti ilə hərəkətdə olarkən, piyada, 1989-cu il təvəllüdlü Günel İbrahimovanı vurub və sonuncu hadisə yerində keçinib.