SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Antalya şəhərində yaşayan 34 yaşlı Azərbaycan vətəndaşı Saleh Abdullayev vəfat edib.

BAKU.WS
  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, gəncin cəsədi otaq yoldaşının anası tərəfindən aşkarlanıb.

Hadisə dördmərtəbəli evin birinci mərtəbəsində baş verib. S.Abdullayevin 4 gün əvvəl Adanaya gedən otaq yoldaşının anası günorta saatlarında evə gəlib.

Gəncin hamamda hərəkətsiz uzandığını görən qadın polisə məlumat verib. Hadisə yerinə gələn polis və təcili yardım əməkdaşları azərbaycanlı gəncin artıq öldüyünü görüblər.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

BAKU.WS