SİZİN REKLAM BURADA!
055 213 76 73




Bakıda dələduzluqla məşğul olan saxta polis üzə çıxıb.

BAKU.WS
  yenicag.az-a istinadən xəbər verir ki, zərərçəkən vətəndaşlardan biri Ruslan Nəsiblinin sözlərinə görə, özünü polis kapitanı kimi təqdim edən Əhmədov Kənan Böyükağa oğlu insanların inamından sui-istifadə edərək, onların pulunu dələduzluq yolu ilə mənimsəyir.

İddiaya görə, zərərçəkənlər arasında Azərbaycanın xalq artisti Alim Qasımovun kürəkəni də var. Əhmədov Kənan Qasımovun kürəkənini işə düzəltmə adı ilə aldadaraq ondan 30 min manat pul alıb.

Yenicag.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidov zərərçəkmiş vətəndaşların yerli hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edib.

BAKU.WS