VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları - polis baş serjantı Elnur Abdullayev, polis serjantları Bəxtiyar Xəlilov və Hikmət Yunuszadə vətəndaşların həyatını xilas ediblər.

BAKU.WS
  xəbər verir ki, H.Z.Tağıyev qəsəbəsində yaşayan Sahib Ağayev bildirir ki, yanvarın 18-də saat 4.25-də qapının möhkəm döyülməsinə oyanıb.

Qapıda polis əməkdaşlarını görəndə əvvəl çox həyəcanlanıb. Amma, heç demə, onlar həmin vaxt uzaqdan evdən qatı tüstü qalxdığını müşahidə etdiklərindən mənzilin sakinlərinə köməklik göstərmək, onların bayıra çıxarılmasını təmin etmək üçün yaxınlaşıblar. Yanğın baş verən otaqda ev sahibinin yaşlı anası yatıbmış. Polislər dərhal həmin otağa daxil olub, onu boğulmaqdan xilas ediblər.

Yağınla əlaqədar əməkdaşlar dərhal ŞPİ-nin növbətçi hissəsinə, Təcili Tibbi Yardıma və Fövqəladə Hallar Nazirliyinin Regional Yanğınsöndürmə İdarəsinə xəbər verdiklərindən onların da təmsilçiləri hadisə yerinə gəliblər, yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

Sahib Ağayev bir ailənin həyatını xilas etdiklərinə görə polislərimizə minnətdarlıqlarını bildirir, insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində də ayıq-sayıqlıq, uğurlu xidmət arzulayır.

BAKU.WS