VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Füzuli rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 28-də Füzuli rayonunda A.İsgəndərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Horadiz şəhərində yaşadığı evdə aşkar edilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Horadiz şəhər sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, Aparılan araşdırmalar zamanı qadının zorlandığı da məlum olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadının 2004-cü ildə anadan olmuş Fuad Piriyev tərəfindən öldürüldüyü məlum olub. O, tutularaq istintaqa təhvil verilib.

Ziya SƏCCAD
BAKU.WS