VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb.


BAKU.WS xəbər verir ki, Maştağada yaşayan Araz Anar oğlu Cəlilov yanvarın 27-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Oğlanın atası Anar Cəlilov BAKU.WS-ə məlumat verib ki, Araz sınaq imtahanına getmək adı ilə evdən çıxıb. Lakin o, imtahana girməyib.

“Onu axırıncı dəfə Sabunçu dairəsi, “Koroğlu” metrosu yaxınlığında görüblər. Bu barədə polisə məlumat vermişəm. Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsində oğlumun axtarışlarına başlandığı deyilir”, - deyə Anar Cəlilov bildirib.

Qeyd edək ki, evdən çıxarkən Arazın əynində qısa gödəkçə və cins şalvar və üstündə məktəbli çantası olub. Atasının sözlərinə görə, oğlanın mobil telefonu olmayıb.

“Heç bir problemi olmayıb. Uşağın xəstəliyi, yaxud narahatlığı yoxdur. Kiminləsə heç bir problemim, yaxud düşmənçiliyim yoxdur”.

Araz Cəlilovu görənlər 0552529324 saylı telefonla əlaqə saxlasınlar.

Cavid Babayev
BAKU.WS