SİZİN REKLAM BURADA!
055 213 76 73



Biləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS
 report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl əlverişsiz hava şəraiti Biləsuvarda nəqliyyatın hərəkətini çətinləşdirib.

BAKU.WS