SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının ən böyük ticarət mərkəzlərindən birində işıqlar sönüb.


BAKU.WS xəbər verir ki, bu gün günorta saatlarında Nərimanov rayonu, Fətəli xan Xoyski 14 ünvanında yerləşən “Gənclik Mall” Ticarət Mərkəzində işıqlar sönüb. Ticarət mərkəzində elektrik enerjisi 2 saat ərzində verilməyib.

Məsələ ilə əlaqədar “Gənclik Mall” Ticarət Mərkəzilə əlaqə saxladıq. Mərkəzin məlumat bürosundan BAKU.WS-ə verilən məlumata görə, artıq problem aradan qaldırılıb.

“Texniki nasazlıq yaranmışdı. Hardasa 2 saata yaxın elektrik enerjisinin verilişi dayandırıldı. Artıq problem aradan qaldırılıb. Hazırda “Gənclik Mall”da işıq var”, - deyə bildirilib.

Qeyd edək ki, işıqlar kəsilən zaman ticarət mərkəzində generatorlar işlədiyi üçün ciddi problem yaşanmayıb.

Ziya SƏCCAD
BAKU.WS