SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

BAKU.WS xəbər verir ki, hadisə səhər saatlarında Zabrat 1 qəsəbəsində baş verib.

Belə ki, səhər saatlarında fərdi evlərin birində fəhlə işləyən 1958-ci il təvəllüdlü Qədir İmran oğlu Səfərov fərdi evlərin birində hamamda söküntü işləri apararkən bədbəxt hadisə baş verib. Fəhlə hamamda qapı açarkən uçqun baş verib. Hamamın beton piltəsi onun başına düşüb.

Nəticədə fəhlə hadisə yerindəcə ölüb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS