SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda küçədə vəziyyəti ağır olan naməlum bir nəfər tapılıb.


BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, 50-55 yaşlı kişi yanvarın 21-də, səhər saat 07 radələrində Qara Qarayev prospektində səkidə tapılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və 10 dəqiqə sonra reanimasiyada vəfat edib.

Onun əllərində, ayaqlarında, çiyinlərində, sinəsində, kürəyində cəzaçəkmə müəssisəsi jarqonlarına aid döymələr, hər iki qolunun iç səthində köhnəlmiş çoxsaylı kəsiklər aşkar olunub.

Üzərində zorakı xəsarətlər aşkar edilməyib. Ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS