055 213 76 73
Ötən gün saat 19 radələrində Qusar şəhəri F.Musayev küçəsi ilə Dağıstan küçəsinin kəsişməsində ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, rayonun İmamqulukənd kənd sakini, 1986-cı il təvəllüdlü Aslanxanov Elşad Zafəddin oğlu idarə etdiyi “Hyundai Santafe” markalı 90 BR 943 dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri F.Musayev küçəsilə Qusar rayonu Avtovağzal istiqamətində hərəkətdə olan zaman həmin küçənin Dağıstan küçəsilə kəsişməsində 1998-ci il təvəllüdlü Şıxqayıbov Azad İmamnəzər oğlunun idarə etdiyi “VAZ-21154” markalı 38 BX 993 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
BAKU.WS