SİZİN REKLAM BURADA!
055 213 76 73



Avstraliyada nəhəng piton ilanı görənləri heyrətə salıb.


BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, piton ilanı evlərin birində tualetdən çıxıb. Ev sahibi tualetə girib və unitazı açarkən heyrətə gəlib.

Unitazın içindən nəhəng piton ilanı çıxıb. İlanı bir saat ərzində güclə unitazdan çıxarıblar.

İlanın uzunluğu 4 metr, ağırlığı isə 15 kiloqram olub.

Qeyd edək ki, piton ilanı əsasən siçanlar, məməli heyvanlar və kərtəngələ ilə qidalanır. Bəzən kiçik it və pişiklərə də hücum edib, onları boğur, sonra isə udur.

Cavid Babayev
BAKU.WS