SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Sivas bölgəsində həyat donub.


BAKU.WS xəbər verir ki, Sivas bölgəsində hava temperaturunun 28 dərəcəyə düşməsi yaşayışı iflic vəziyyətinə salıb. İmranlı kəndində isə vəziyyət daha kəskin vəziyyətə düşüb.

Belə ki, yollarda buz qatı 50 sm-i keçib. Evlərə çəkilən borular donduğu üçün içməli su qəhətə çıxıb. Elektrik xətləri də sıradan çıxıb.


Ən acınacaqlısı isə vəhşi heyvanları meşədən kəndlərə axın etməsidir. Kənd yolunda şaxtadan donaraq ölən vəhşi heyvan cəsədlərinə rast gəlmək olur.

Kənd sakinləri bu gün səhər ağ canavarın yolun kənarında cəsədinə rast gəliblər. Canavarın ac olduğu üçün kəndə girmək istədiyini ehtimal edirlər. Lakin havanın şaxtasına dözməyən vəhşi heyvan yolda donaraq ölüb.

BAKU.WS