VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda keçid ticarət mərkəzindəki saat mağazasında oğurluq hadisəsi baş verib.

Bu barədə BAKU.WS-ə mağaza sahibi bildirib. Oğurluq hadisəsi müşahidə kamerasına düşüb. Hadisənin görüntülərini redaksiyamıza göndərən mağazanın sahibi Mənsur Əhmədov bildirib ki, bir nəfər saat oğurlayıb.

Oğurluq “28 may” metrostansiyasının yaxınlığındakı keçid ticarət mərkəzində saat dükanında qeydə alınıb. Mağazada müştərilərin çoxluğundan istifadə edən gənc oğlan saatı gizlincə oğurlayıb.

“Oğurlanan saatın dəyəri 60 manatdır”, - deyə Mənsur Əhmədov bildirib.

Hadisənin görüntüsünü təqdim edirik:

Cavid Babayev
BAKU.WS