SİZİN REKLAM BURADA!
055 213 76 73




15 yaşlı Abşeron rayon sakini itkin düşüb.

BAKU.WS
  trend-ə istinadən xəbər verir ki, Abşeron rayon, Qobu qəsəbə sakini, 2004-cü il təvəllüdlü Kifayət Vəlicanova 7 gündür itkin düşüb.

Bu barədə yeniyetmə qızın yaxınları məlumat verib. Onların bildirdiyinə görə, K.Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkir. O, evdən çıxarkən əynində qara şalvar və mavi köynək olub.

İtkin düşən şəxslə bağlı artıq Abşeron rayon Polis İdarəsinə məlumat verilib.

BAKU.WS