SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı metrosunda həyəcanlı anlar yaşanıb.


Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, saat 13:50-də “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına gedən 8 saylı qatarda nasazlıq yaranıb.

Qatar “Sahil” stansiyasında dayanıb və içərisindəki sərnişinlər düşürdülüb. Qatar boşaldıqdan sonra depoya göndərilib. Onun ardınca digər qatar gəlib.

Ümumilikdə həmin xəttə 2 dəqiqə gecikmə yaranıb. Hadisə zamanı xəsarət alan və halı pisləşən olmayıb.

Ziya SƏCCAD
BAKU.WS