SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabunçu rayonu Nardaran qəsəbəsi sakinindən odlu silah-sursat aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.


Belə ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə əvvəllər dəfələrlə məhkum olunmuş, Nardaran qəsəbəsi sakini Həbib Qasımovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onu yaşadığı evin həyətyanı sahəyə baxış zamanı, torpağa basdırılmış “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd sandıqça aşkar olunaraq götürülüb.


H.Qasımov həmin silah-sursatın ona məxsus olduğunu etiraf edərək, tapançanı 10 il əvvəl dəniz kənarından tapdığını və həmin vaxtdan torpağa basdıraraq gizlətdiyini billdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

Ziya SƏCCAD
BAKU.WS