SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının mərkəzi küçələrindən birində gözlənilməz hadisə baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat verib. Bildirilir ki, Səbail rayonu, Rəşid Behbudov küçəsi 55 ünvanında bir kişi aləmi bir-birinə qatıb. Kişi daha sonra “Unicapital” şirkətinin şüşələrini sındırıb.

Hadisə şahidləri olayın videosunu çəkərək bizə göndərib. Videodan da göründüyü kimi kişi qara rəngli maşının şüşələrini sındırıb. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin 39-cu polis bölməsindən bildirildi ki, bir nəfərin “Volkswagen” markalı maşının şüşələrini sındırması və asayişi pozması barədə məlumat daxil olub. Hadisə yerinə polislər cəlb olunub.

Olayın baş vermə səbəbləri araşdırılır.

Ziya SƏCCAD
BAKU.WS