VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayl 4-ə çatıb.

BAKU.WS  report-a istinadən xəbər verir ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.

14.36

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

BAKU.WS  report-a istinadən xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.

Ölənlər:

Xaçmaz rayon sakinləri -

Coşqun Kamil oğlu Qasımov,

Zakir Eldəniz oğlu Abasov,

Nahid Teymur oğlu Məmmədov.

11.17

Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qəza baş verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 40 BS 143 nömrəli “VAZ 21010” markalı avtomobil 40 BL 944 “Ford” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKU.WS